CƏMİYYƏT


Qusarda keçirilən konfransda terrorçuluqla mübarizə sahəsində görülən işlərdən bəhs olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə oktyabrın 2-də Qusar şəhərində “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfrans keçirilib.