İQTİSADİYYAT


Şabranda 25 kilometrlik avtomobil yolu yenidən qurulur

Şabran rayonunda uzunluğu 25 kilometr olan IV texniki dərəcəyə uyğun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yolun müəyyən hissəsinin genişləndirilməsi işləri ilə yanaşı, yol əsasının üst layının tikintisi işlərinə başlanılıb. Marşrutboyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb.