CƏMİYYƏT


Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.