CƏMİYYƏT


FHN: Xəzərdə itkin düşən balıqçının axtarışı ilə əlaqədar Qazaxıstana, Türkmənistana və Rusiyaya müraciət olunub

Oktyabrın 8-də Xəzər dənizində itkin düşmüş dörd balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri cəlb olunmaqla tərəfindən davam etdirilir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə tərəfindən müraciət edib. Həmçinin xilas edilən üç balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.
Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb.