CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş paytaxt sakininin üzərindən narkotik vasitə aşkarlandı

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər məhkum edilmiş paytaxt sakini Əbülfət Abuşov əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,817 qram heroin aşkarlanıb.