CƏMİYYƏT


Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həmin müraciətlər əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.