CƏMİYYƏT


Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur

Noyabrın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ombudsman Elmira Süleymanova noyabrın 20-nin Ümumdünya Uşaq Günü kimi qeyd olunduğunu deyib. Ombudsman bildirib ki, ölkəmizdə keçirilən tədbirlər uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.