CƏMİYYƏT


Qazaxıstanın televiziyası bir gündə ölkəmizdə 650 min ağac əkilməsi aksiyasından süjet yayımlayıb

Azərbaycanda ilk dəfə bir gündə 650 min ağac əkildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bir gündə ölkəmizdə 650 min ağac əkilməsi aksiyası ilə bağlı Qazaxıstanın "Xabar 24" televiziyasında süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, süjetdə qeyd edilir ki, ölkənin birinci şəxslərinin də iştirak etdiyi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bu ekoloji kampaniya Azərbaycanın bütün bölgələri və böyük şəhərlərini əhatə edib.
Xəbər də o da bildirilir ki, Ekologiya Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilən 50 növdə ağacın çoxu ölkənin əsas magistral yolları boyunca əkillib. Aksiya çərçivəsində ən çox - 50 min ağac məhz şairin vətənində - Şamaxıda əkilib.
Süjetdə diqqətə o da çatdırılır ki, ekoloqlar Azərbaycanda həyata keçirilən bu aksiyanın ətraf mühitə müsbət təsir edəcəyini bildirir.