DÜNYA


Nyu-Cersidə atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) baş verən atışma nəticəsində altı nəfər, o cümlədən bir polis əməkdaşı həlak olub.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, şəhərin polis rəisi Maykl Kellinin sözlərinə görə, beş nəfərin, o cümlədən şübhəli şəxslərin cəsədləri cinayətkarların sığındığı mağazada aşkarlanıb. Daha bir nəfər - polis zabiti isə atışmada həyatını itirib.