MƏDƏNİYYƏT


Haluk Levent Bakıda xeyriyyə konserti verdi

Hər şey bir tvitlə başladı və möhtəşəm solo konsertlə başa çatdı.
Artıq xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur rok ifaçısı Haluk Levent şəxsi Tvitter hesabında bildirdi ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı Azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.