DÜNYA


Təyyarənin mühərriki yandı - Rusiyada

Rusiyanın Novosibirsk şəhərində Tolmaçevo aeroportunda Vyetnamın Kamran şəhərinə uçmağa hazırlaşan sərnişin təyyarəsinin mühərriki yanıb. Hadisənin görüntülərini TRT Haber yayıb. İlkin məlumata görə, təyyarə işə düşərkən yanacaq alışıb. Göyərtədə həmin vaxt 180-dən artıq sərnişin olub. Onların hamısı təxliyyə edilib.