DÜNYA


Kanadanın Nyufaundlend əyalətinə yağan güclü qar həyatı iflic etdi

Kanadanın Atlantik okeanı sahillərində yerləşən əyalətlərində güclü qar fırtınası olub. AZƏRTAC TASS-a istinadən xəbər verir ki, Kanadada son 20 ilin ən güclü qarı düşüb. Qeyd edək ki, Kanadanın milli meteoroloji bürosu bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Pis hava şəraiti saatda 150 km-ə çatan küləklə müşayiət olunduğundan şəhərlər qar altında qalıb. Sakinlərə kömək etmək üçün hərbiçilər səfərbər edilib.