SİYASƏT


Hikmət Hacıyev: Ötən il münaqişənin həlli baxımından itirilmiş il oldu

Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il oldu. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, biz Ermənistan tərəfinin qeyri-məhsuldar, destruktiv siyasətinin şahidi olduq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib.
Hikmət Hacıyev bildirib ki, danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi: "Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra erməni tərəfi çox yüksək səviyyədə "yeni ərazilər, yeni müharibələr" və "bir santimetr belə ərazinin qaytarılmayacağını" dedi. Nəhayət, Ermənistanın Baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində "Dağlıq Qarabağ Ermənistandır" dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!"