İQTİSADİYYAT


Yeni Suraxanı qəsəbəsində daxili küçə və yollar yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır. 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bu Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.