ELM VƏ TƏHSİL


2020-ci ildə keçiriləcək qəbul imtahanlarının tarixləri açıqlanıb

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək. Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcək. XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq.

Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək. Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.