DÜNYA


250 balıqçı xilas edildi - Saxalində

Saxalində, Mordvinov körfəzində, 250 balıqçı üzərində dayandıqları buz qatının sahildən qopması nəticəsində köməksiz vəzziyyətdə qalıb. Onları xilas etmək üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin və Korsakov şəhərinin axtarış-xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Nəticədə balıqçılar buzdan təxliyə edilib.