DÜNYA


Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələri məlumatı yayıb. Məlumata əsasən, Hubey əyalətindən kənarda yeni növ koronovirusdan ilk ölüm faktı qeydə alınıb. 80 yaşlı kişi yanvarın 22-si Hebey əyalətində dünyasını dəyişib. Beləliklə yeni növ koronovirusdan ölənlərin sayı 18 nəfərə çatıb.