DÜNYA


Türkiyədə güclü zəlzələ: 11 ölü, 225 yaralı YENİLƏNİB

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.
"Zəlzələ nəticəsində 11 nəfər həyatını itirib. 225 nəfərə yaxın insan yaralanıb". Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb: "Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".