DÜNYA


Xilasedicilərin telefonla danışdığı Əzizə adlı qadın 17 saat sonra dağıntılar altından sağ çıxarıldı

Xəbər verdiyimiz kimi, Elazığ və Malatyadakı zəlzələdə dağıntı altında qalan Əzizə adlı qadınla axtarış-xilasetmə qrupu telefon əlaqəsi yaradıb. Axtarış və xilasetmə işçisinin dağıntılar altındakı qadına dediyi, "Əzizə, hər kəslə danış, heç kim yatmasın, biz buradayıq" sözləri bütün dünya mətbuatında yayılıb. AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, Əzizə 17 saat sonra dağıntılar altından sağ çıxarılıb.