İDMAN


Kobe Bryantın helikopter qəzasında öləcəyi "Chamberlain Heights" adlı cizgi filmində proqnozlaşdırılıb

Kobe Bryantın dünyanı şoka salan ölüm xəbəri nə qədər agrılı olsa da, bunun hələ 2012 və 2017-ci ildə proqnozlaşdırıldığı məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı artıq dünən gecədən başlayaraq müxtəlif twitter hesablarında faktlara söykənən xəbərlər paylaşılır. Belə ki, "Noso" adlı “Twitter” istifadəçisinin 2012-ci il noyabrın 13-də yayımlanan twitində deyilir: “Kobe helikopter qəzasında həyatını itirəcək”. Proqnozlaşdırılan bir informasiya isə 2017-ci ildə çəkilən "Chamberlain Heights" adlı cizgi filmində də var. Fanatlar bütün bunların təsadüfi olmadığını deyirlər.