CƏMİYYƏT


Hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-13° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır