DÜNYA


Braziliyada leysan nəticəsində ölənlərin sayı 64-ə çatıb

Braziliyanın cənub-şərqində leysan nəticəsində ölənlərin sayı 64-ə çatıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ən çox insan tələfatı (52 nəfər) Minas-Jerays ştatında olub. Yüzdən çox bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Evlərin və ticarət mərkəzlərinin tavanı uçub. Sel və torpaq sürüşməsi səbəbindən 29 mindən çox sakin təxliyə olunub.