İQTİSADİYYAT


Ötən il Sabunçu rayonunda 135 küçə və yol asfaltlanıb

Keçən il Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 kilometr uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib. Rayon ərazisində kompleks tədbirlər 2020-ci ildə də davam etdirilir. Hazırda rayonun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kvadratmetrə yaxındır. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.