CƏMİYYƏT


Ağstafa rayonunda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ağstafa-Poylu-Böyük Kəsik–Sadıxlı avtomobil yolunda bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb.