İQTİSADİYYAT


KOBİA ilə AFFA əməkdaşlıq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıb. İmzalanma fevralın 19-da Bakıda "Avro-2020: KOB üçün perspektivlər" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.