DÜNYA


Liviyadan görüntülər: 3000 dəvə təxliyə olundu

Avstraliyada ölümdən qurtarılaraq Liviyaya gətirilən 3000 dəvəni buradan da evakuasiya etmək məcburiyyətində qalıblar. AZƏRTAC ABS NEWS-ə istinadən xəbər verir ki, paytaxt Tripolidəki saxlandıqları liman ərazisi bombalandığı üçün dəvələr təxliyə edilib. Yerli tacirlərin verdiyi məlumata görə onları Zaviya şəhərinə aparıblar.