CƏMİYYƏT


Azərbaycanda koronavirusun yayılması ilə bağlı yayılan səs yazısına rəsmi münasibət bildirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb. Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.
Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.