ELM VƏ TƏHSİL


DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib

Martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Həmçinin təhsil müəssisələri də bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.