QAN YADDAŞI


"Baku Media Center"dən Xocalı qətliamı ilə bağlı videoçarx

Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımının 28-ci ilinə həsr olunmuş videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda faciənin canlı şahidi və həmin soyqırım zamanı ailəsindən yeganə sağ qalan Əsli xanımın müsahibəsinə yer verilir.
Faciənin ağrı acısını görən Əsli xanım 2019-cu ildə dünyasını dəyişib. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!