CƏMİYYƏT


Paytaxtın girişindəki yol genişləndirilir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə yenidənqurma işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə bir hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır