CƏMİYYƏT


Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində səyyar hospital fəaliyyətə başlayıb

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. Artıq Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində belə hospital fəaliyyətə başlayıb.