ELM VƏ TƏHSİL


Kolleclərə qəbul olmaq üçün 9 minədək abituriyent ərizə verib

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında abituriyentlərin ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-dək internet vasitəsilə aparılır. Bu gün saat 11:55-ə olan məlumata görə, müsabiqədə iştirak etmək üçün 8965 abituriyent (Azərbaycan bölməsi - 8698; rus bölməsi - 267) ərizəsini təsdiqlədib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır