SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb

Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb.
Bu barədə "AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir.