İQTİSADİYYAT


Xırdalanda avtomobil yollarının təmir-tikinti işləri davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmiri nəzərdə tutulurdu ki, artıq Qalubiyyə küçəsində işlər yekunlaşdırılıb, Nizami Gəncəvi küçəsində isə yekunlaşmaq üzrədir. Aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1,1 kilometr, ortalama eni 10 metrdir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1,6 kilometr, ortalama eni isə 12 metr təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12,5 min kvadratmetrdir.