MƏDƏNİYYƏT


Azərbaycan Milli Xalça Muzeyi italiyalı dostlarını dəstəkləyir

Dünyanı bürüyən koronavirus infeksiyası sərhədlər aşaraq bir çox ölkələri cənginə alıb. Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ön yerdə qərarlaşıb. İtaliyada böyük tələfatlarla davam edən koronavirus pandemiyası haqqında xəbərləri hər kəs ürəkağrısı ilə qarşılayır.
Azərbaycan Milli Xalça Muzeyinin İtaliya ilə xüsusi əlaqələri var. Bir çox nadir və qədim Azərbaycan xalçaları İtaliyada muzey və özəl kolleksiyalarda saxlanılır. Xalça muzeyi İtaliyanın məşhur muzey və qalereyaları ilə sıx əməkdaşlıq edir.