İQTİSADİYYAT


Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur

Cari ildə Xətai rayonunda 23 kilometrədək küçə və yolun təmiri nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1,4 kilometr, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasının deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.