ELM VƏ TƏHSİL


Birinci sinfə qəbul üzrə 34591 sorğu yerləşdirilib

Aprelin 6-na (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə 34591 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə sorğu yerləşdirilib. 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarına 24722 uşaq cəlb olunduğundan onların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.