ELM VƏ TƏHSİL


Abayın əsərlərinin təqdimatı onlayn konfransda keçirildi

Beynəlxalq Türk Akademiyası 10 illik yubileyi ərəfəsində, türk dünyasının ortaq tarixi şəxsiyyəti Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə" Abay və ХХІ əsr: tarixdən dərslər” adlı videokonfrans keçirilib.
Konfransda dahi şair Abay Kunanbayevin həyat və yaradıcılığına dair fikir mübadiləsi aparılıb.
Tədbir zamanı Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb nəşr olunan Abayın Türk, Azərbaycan, Qırğız, Özbək dillərinə tərcümə olunmuş əsərlərinin tam toplusu və Muxtar Auezovun "Abayın yolu" türk dilində roman-epopeyasının təqdimatı keçirilib.