DÜNYA


Pakistanda təyyarə qəzasında ölənlərin sayı 97 nəfərə çatıb

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində azı 2 nəfər sağ qalıb.
Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.