CƏMİYYƏT


Tovuzda güclü külək fəsadlar yaratdı

Tovuzda dünəndən əsən güclü külək bəzi fəsadlar yaradıb
AZƏRTAC xəbər verir ki, mayın 22-dən başlayaraq Qərb bölgəsində hava şəraitinin kəskin dəyişməsi ziyansız ötüşməyib.
Külək bölgənin bir neçə rayonunda olduğu kimi, Tovuzda da fəsadlar törədib. Belə ki, güclü külək nəticəsində bir neçə ağacın iri gövdələri və budaqları sınıb. Qırılan budaqların elektrik naqillərinin üzərinə düşməsi səbəbindən bəzi ərazilərdə enerjinin verilməsində fasilələr yaranıb. Rayonun bir neçə kəndində evlərin dam örtüyünə zərər dəyib.