MÜSAHİBƏ


DİM bu imtahanları onlayn keçirəcək AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb. DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb. İştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə bacarıqlarını yoxlaya bilərlər. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır. Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür. İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır