CƏMİYYƏT


Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir

Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə iyunun 22-də respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST tərəfindən ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.