CƏMİYYƏT


İyulun ilk günündə paytaxtda 33 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır