SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib. Plana əsasən yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb. Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır