DÜNYA


Türkiyədə pirotexniki vasitələrin istehsal edildiyi fabrikdə partlayış olub

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda pirotexniki vasitələrin istehsal olunduğu fabrikdə partlayış baş verib. AZƏRTAC xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alanlarla bağlı məlumat verilməyib.