CƏMİYYƏT


Nadir Zeynalov: Özünü pis hiss edən və ya qızdırması olanlar poliklinikaya zəng etsinlər

Qızdırması olan insanlarımız ilk növbədə poliklinikaya, sahə həkiminə zəng etsinlər.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
O bildirib ki, özünü pis hiss edən və qızdırması olanlar məsləhətdir ki, poliklinikaya telefon vasitəsi ilə müraciət etsinlər və ya tanıdığı sahə həkiminə məlumat versinlər.