ELM VƏ TƏHSİL


Ali məktəblərə qəbul olunmaq üçün 14 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ərizələrin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 15:30-a olan məlumata görə, 13 min 818 subbakalavr elektron ərizəsini təsdiqlədib.