DÜNYA


Qazaxıstanda bütün bayraqlar endirildi

Qazaxıstan dövlət başçısının sərəncamı ilə koronavirus pandemiyası qurbanlarının xatirəsinə iyulun 13-də ümumxalq matəm günü elan edilib. Bununla əlaqədar olaraq, ölkə üzrə bütün bayraqlar endirilib.
AZƏRTAC xəbər verir ki, Akorda prezident iqamətgahı qarşısında dövlət başçısı Kasım-Jomart Tokayev və digər vəzifəli şəxslər koronavirus pandemiyası qurbanlarının xatirəsini yad edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır