ELM VƏ TƏHSİL


Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyat müddəti iyulun 20-dək uzadıldı

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir. İyulun 15-i saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72 faizi qeydiyyatdan keçib.