CƏMİYYƏT


Hacıqabulda qadını qətlə yetirən, Səbail rayonunda isə bir nəfəri yaşadığı evdə bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.